NYT: Tramp malikanəsində 300-dən çox məxfi sənəd saxlayıb

23-08-2022, 09:26           
NYT: Tramp malikanəsində 300-dən çox məxfi sənəd saxlayıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridadakı Mar-a-Laqo şəhərindəki evində ən azı 300 məxfi sənəd saxlayıb.

“Report” xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 150-yə yaxın məxfi sənəd Ağ Evin keçmiş rəhbəri tərəfindən yanvar ayında ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinə, məxfi məlumatların əks olunduğu digər materiallar isə iyun ayında Trampın nümayəndələri tərəfindən ABŞ Ədliyyə Nazirliyinə təhvil verilib.

Nəşrin məlumatına görə, hazırda ABŞ administrasiyasının nümayəndələrinin əlində Trampın saxladığı 26 qutu material var, onlardan 11 dəsti məxfi materiallar, o cümlədən bir qutu “tam məxfi” kimi təsnif edilib.

Geri qaytarılan məxfi materiallar arasında Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Təhlükəsizlik Agentliyi və Federal Təhqiqatlar Bürosunun sənədləri də olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru