ABŞ-dan Kiyevə növbəti yardım - Bu dəfə 3 milyard... 24-08-2022, 08:14 ABŞ sabah Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyəcək.Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsminə istinadən məlumat yayıb.Paketin həcmi 3 milyard dollardır. Məlumata görə, hərbi yardım sabah elan ediləcək.3 milyard dollarlıq silah paketi Rusiya qoşunlarının hücuma başlamasından sonra Vaşinqtonun Ukrayna üçün ayırdığı ən böyük yardım olacaq. Facebook-da paylaş