"Rusiya şəxsi heyət və texnika çatışmazlığından əziyyət çəkir" - Britaniya kəşfiyyatı

24-08-2022, 10:58           
"Rusiya şəxsi heyət və texnika çatışmazlığından əziyyət çəkir" -
"2014-cü ildən bəri Prezident Vladimir Putin Rusiyanın Ukraynadakı təsirini artırmaq və bu dövlətin suveren işlərinə müdaxilə etməkdən ötrü güc yolundan istifadə edir".

TEREF “Report”a istinadla xəbər verir ki, bu, Böyük Britaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Nazirliyin kəşfiyyat məlumatlarında xatırlanıb ki, Rusiya Ukrayna hökumətini devirmək və ölkənin böyük bir hissəsini tutmaq məqsədilə altı ay əvvəl bu ölkəyə tam şəkildə müdaxiləyə başlayıb: "Donbasa hücum nəticəsində minimum irəliləyiş əldə olunub. İndi Rusiya Ukraynanın böyük əks-hücumunu gözləyir. Rusiya şəxsi heyət və texnika çatışmazlığından əziyyət çəkir. Rusiya qoşunlarında əhval-ruhiyyə zəifdir. Ordu əhəmiyyətli dərəcədə deqradasiyaya uğrayıb. Rusiyanın diplomaik gücü azalıb və uzunmüddətli iqtisadi perspektivi sual altındadır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru