Malayziyanın keçmiş hökumət başçısı həbsə göndərilir

25-08-2022, 09:43           
Malayziyanın keçmiş hökumət başçısı həbsə göndərilir
Malayziyanın keçmiş baş naziri Nəcib Razak milyardlarla dollarlıq 1MDB qalmaqalına görə həbs olunacaq. Kuala-Lumpur məhkəməsi onun son apellyasiya müraciətini rədd edib.

Keçmiş hökumət başçısı çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlarda təqsirli bilinib.

2009-2018-ci illərdə Malayziyanın baş naziri olmuş Razakı 12 il müddətinə azadlıqdan məhrumetmə gözləyir.

Qeyd edək ki, ittihamlar keçmiş Suveren Sərvət Fondu ilə bağlı olub. Prokurorluğun iddiasına görə, o və müttəfiqləri bu fonddan zəngin həyat tərzi və seçkiqabağı təbliğat üçün şəxsi kassaları kimi istifadə ediblər.

Razak həmçinin 210 milyon Malayziya ringgiti (46,94 milyon dollar) məbləğində cərimələnib.

Mənbə: Mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru