Qatar xarab oldu, sərnişinlər dənizaltı tuneldən piyada getdilər – FOTO/VİDEO

25-08-2022, 11:34           
Qatar xarab oldu, sərnişinlər dənizaltı tuneldən piyada getdilər – FOTO/VİDEO
Fransanın Kale limanından Britaniya sahillərində Folkston istiqamətinə hərəkət edən “Le Shuttle” qatarı dəniz altı La-Manş tunelində xarab olub.

Sərnişinlərin sözlərinə görə, onlara əvvəlcə qatarda texniki nasazlıqların olduğu bildirilib, uzun saatlardan sonra onlara başqa qatarla yollarına davam edəcəkləri deyilib.


Sərnişinlər xidməti tunellə piyada gedərək başqa təxliyyə qatarına miniblər və təyinat məntəqəsinə aparılıblar.

Məlumata görə, iki şəhər arasındakı 35 dəqiqəlik yol onlara yeddi saata başa gəlib. Sərnişinlər baş verənləri fəlakət filmlərindəki hadisələrə bənzədiblər.


Mənbə: Daily Mail












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru