İtaliya şəhəri quraqlıq zamanı su tapmaq üçün ekstrasens tutub

25-08-2022, 12:04           
İtaliya şəhəri quraqlıq zamanı su tapmaq üçün ekstrasens tutub
Bayardo kommunasında yazın sonundan bəri beş su mənbəyindən ikisi quruyub və bələdiyyə başçısı Remo Moraqlia yeni su mənbələri tapmaq üçün ekstrasens Renato Labolanini işə götürüb.

Mütəxəssis artıq bir neçə perspektivli yerləri göstərib.

“Aydındır ki, biz mühəndislərə müraciət etməli olacağıq, texniki-iqtisadi əsaslandırma tələb olunacaq. Amma hazırda əminəm ki, müəyyən nöqtələrdə biz sulu təbəqələrə çata biləcəyik”, - Moraqlia bildirib.

30 illik təcrübəyə malik olan ekstrasensin xidmətləri 300 avroya başa gəlir.

Qeyd edək ki, Labolani vaxtilə Silvio Berluskoniyə yardım edib və artıq Bayardoya bitişik kənddə su tapıb.

Mənbə: knife.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru