Tayvan Çin PUA-larına qarşı müdafiə sistemi quracaq

25-08-2022, 11:19           
Tayvan Çin PUA-larına qarşı müdafiə sistemi quracaq
Tayvan 2023-cü ildə dənizdəki adalarda dron əleyhinə müdafiə sistemlərini yerləşdirməyə başlayacaq.

Sistemin ilk elementləri Tayvanın nəzarətində olan Kinmen adalarında yerləşdiriləcək.

“Bütün səviyyələrdə zabitlər və hərbi qulluqçular “münaqişələri və mübahisələri qızışdırmamaq” prinsipinə uyğun ayıq-sayıq olmağa davam edəcəklər”, - deyə bildirilib.

Qərara səbəb isə Tayvandakı maneələrdən birinin üzərində uçan Çin PUA-sı ilə insident olub. Hərbçilər silahdan istifadə ittihamı doğurmamaq üçün onu daş ataraq qovmalı olublar. Tayvan hərbçilərinin reaksiyasını əks etdirən video Çin sosial mediasında sürətlə yayılıb.

Mənbə: The Straits Times












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru