Ukraynada müharibə: 150 rus hərbçisi öldürüldü

25-08-2022, 12:44           
Ukraynada müharibə:
Ukrayna Silahlı Qüvvələri ötən sutka ərzində Rusiya ordusunun 150 hərbçisini məhv edib. Bununla da Rusiyanın canlı qüvvə itkilərinin sayı 45 850-yə çatıb.

Yenisabah.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində paylaşıb.

Ukrayna müdafiəçiləri indiyədək Rusiyanın 1929 (+5) tankını, 4245 (+2) zirehli döyüş maşınını, 1037 (+1) artilleriya sistemini, 272 (+6) MLRS sistemini, 148 (+1) hava hücumundan müdafiə sistemini və aviasiyasını məhv edib.

Bununla yanaşı, Ukrayna ordusu tərəfindən 202 (+3) helikopter , 828 (+9) əməliyyat-taktiki səviyyəli PUA , 196 (+0) qanadlı raket, 15 (+0) gəmi və qayıq məhv edilib.

Xatırladaq ki, Rusiya bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru