“Bu, Rusiya ilə münasibətlərin bərpası üçün səbəb ola bilməz...” – Britaniya MN
26-08-2022, 07:57
Böyük Britaniya müdafiə nazirinin müavini Ceyms Xippi etiraf edib ki, qarşıdan gələn qış işığa görə hesabların ödənməsi baxımından çox ağır olacaq, amma əmindir ki, bu, Rusiya ilə münasibətlərin bərpası üçün səbəb ola bilməz, belə ki, onun qənaətinə görə, bu, situasiyanı «yüz dəfə» pisləşdirərdi («TASS»).
«Mən, anlayaram, nə üçün öz səhər yeməyini yeyən bir çox adamlar həyatın qiymətindən narahalıq keçirilər, razılaşırlar ki, ən sadə həll… Rusiya ilə münasibətlərin bərpası olardı və Avropa enerji bazarında hər şey əvvəlki vəziyyətinə qayıdardı» - Xippi çərşənbə günü «Sky News» telekanalının efirindən deyib.
«Son altı ayın gedişində gördüklərimin hamısı mənə onu deyir ki, bu, avro-atlantik təhlükəsizlik üçün faciəvi olardı, özü də 10, 15 və ya 20 il sonra yox. Bir neçə ildən sonra biz, elə situasiyaya düşərdik ki, dirçəlmiş Rusiya həyatın qiyməti üçün bu gün gördüyümüzdən yüz dəfə pis problem yaradardı» - nazir müavini deyib.
O, xəbərdarlıq edib ki, Britaniya işığın hesablarının yaratdığı kimi «qısa müddətli ağrılara» hazır olmalıdır və etiraf etməlidir ki, krallıqda gerçəkdən bir çox ailələr üçün qarşıdan bahalı qış gəlir.