Rusiya prezidenti Vladimir Putin Ulyanovsk avtomobil zavodunda silahlı qüvvələr üçün hazırlanan “Patriot” avomobilinin qapısını aça bilməyib. Təkrar cəhddə isə qapının dəstəyi qırılıb. Bu barədə “İnterfaks” məlumat yayıb. Putin müəssisə rəhbərləri ilə görüşdən sonra hərbi texnika ilə tanış olmaq istəyib. Bu zaman isə məlum olay baş verib. Avtomobilin qapısını açmaq üçün Putinə kömək etmək istəyən Müdafiə Nazirliyinin rəsmisi qapının dəstəyini qopardıb. Bununla belə Putin digər qapıdan avtomobilin içinə baxa bilib.
Bu, Rusiya prezidentinin üzləşdiyi ilk belə hal deyil. 2011-ci ildə baş nazir olarkən Putin onun üçün hazırlanan Lada Granta avtomobilini işə sala bilməyib.