Rusiyada 50 nəfərlik haker qrupu zərərsizləşdirildi

1-06-2016, 15:57           
Rusiyada 50 nəfərlik haker qrupu zərərsizləşdirildi
Rusiyanın maliyyə qurumlarından külli miqdarda pul oğurlamış 50 nəfərdən ibarət haker qrupu Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı nəticəsində yaxalanıb.

İKT.lent.az-ın RBK-ya istinadən verdiyi məlumata görə, bu barədə FTX-nin rəsmi açıqlamasında deyilir. “Rusiya Federal Təhlükəsizlik Xidməti Daxili İşlər Nazirliyi ilə birlikdə zərərli virus proqramının yaradılması, yayılması və istifadəsi ilə məşğul olan haker qrupunun fəaliyyətinin qarşısını alıb. Həmin virus proqramının köməyi ilə onlar Rusiya maliyyə qurumlarının hesablarından 1 milyard 700 milyon rubldan çox oğurlayıblar”, - deyə FTX-nin açıqlamasında bildirilir.

İstintaq hərəkətləri Rusiyanın 15 regionunda keçirilib, 86 ünvanda axtarış aparılıb. Nəticədə 50 haker saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.