İraq ordusu Fəllucəni mühasirəyə alıb
1-06-2016, 16:21
İraq ordusu ilə şiə birləşmələri Fəllucə şəhərinə hücumu dayandırıblar.
Onlar şəhərin girəcəyində yaraqlıların güclü müqavimətilə üzləşiblər.
Bu döyüşdə onlara İran da kömək edir.
Yaraqlılar keçə əks-hücuma keçərək şəhərin cənubunda hücumu dayandırıblar.
Böyüklüyünə görə ikinci şəhər olan Fəllucədə əsasən sünnilər yaşayır.
“İslam Dövləti” qrupu bu şəhəri 2014-cü ildə zəbt edib.
İraq ordusu və onun müttəfiqləri şəhərə mayın sonlarından hücuma keçiblər.
Hümanitar təşkilatların məlumatına görə, hazırda Fəllucədə 50 min dinc sakin olduğu bildirilir.
Şəhərdə su, ərzaq və dəva-dərman qıtlığı yaranıb.
BMT-nin qaçqınlar üzrə ali komisarının nümayəndəsi Uilyam Spindler şəhərin atəşə tutulması nəticəsində dinc sakinlər arasında itkilər olduğunu bildirir: “ Bizdə olan məlumatlara görə,”İslam Dövləti” qrupu bir neçə yüz ailədən şəhərin mərkəzində canlı sədd kimi istifadə edir”.
Məlumatlara görə, şəhərdə və onun ətraflarında 1200-dək yaraqlı cəmləşib.