Ukrayna Silahlı Qüvvələri Baxmutun 20 kvadrat kilometrini azad edib 16-05-2023, 18:05 Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib.“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar deyib.Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər toplarla yerlə-yeksan edilir”.Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi.Xatırladaq ki, 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir. Facebook-da paylaş