Yunanıstanın baş nazirinə qarşı iddia qaldırıldı

17-05-2023, 09:04           
Yunanıstanın baş nazirinə qarşı iddia qaldırıldı
Fevralın 28-də Yunanıstanda qatar qəzasında yaxınlarını itirənlər Baş nazir Kiriakos Mitsotakis və digər nazir və məmurlara qarşı iddia qaldırıb.
Bakupost.az xəbər verir ki, Yunanıstanda fevralın 28-də baş verən qatar qəzasında həyatını itirən 57 nəfərin yaxınları bazar günü keçiriləcək ümumi seçkilər öncəsi baş nazir Kiriakos Mitsotakis və digər nazir və rəsmilərə qarşı iddia qaldırıb.
Məsələni qaldıran qrupun nümayəndəsi Kristos Konstantinidis açıqlamasında "İş baş nazir, nazirlər və keçmiş nazirləri hədəf alır" deyib.
Qeyd edək ki, Yunanıstanın paytaxtı Afinadan Salonikiyə gedən sərnişin qatarı fevralın 28-dən martın 1-nə keçən gecə Tempi bölgəsində yük qatarı ilə toqquşub. Qəzada sərnişin qatarının birinci və ikinci vaqonları tamamilə əzilib, üçüncü vaqon isə relsdən çıxıb. Qəza nəticəsində 57 nəfər həlak olub. İki qatarın toqquşmadan əvvəl kilometrlərlə eyni xətt üzrə bir-birinə doğru getdiyi öyrənilib. İnsan səhvi nəticəsində baş verdiyi məlum olan qəzadan sonra infrastruktur və nəqliyyat naziri Kostas Karamanlis istefa verib.
Qəza nəticəsində bir stansiya rəisi ictimai nəqliyyatı təhlükəyə atma və ehtiyatsızlıqdan adam öldürmə, Yunanıstan Dəmir Yolu Təşkilatının (OSE) keçmiş rəhbəri və 3 dəmiryol məmuruna isə qəza ilə bağlı ittiham irəli sürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru