Rusiya əks-hücumun qarşısını almaq üçün… - ABŞ rəsmisi

17-05-2023, 11:02           
Rusiya əks-hücumun qarşısını almaq üçün… -
Rusiya gözlənilən əks-hücum əməliyyatını təxirə salmaq üçün Ukrayna ərazisinə daha tez-tez raket zərbələri endirməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Bildirilir ki, Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemini məhv etmək və çaşdırmaq üçün həmişə olduğundan daha çox sursat sərf edir. Həmçinin, Rusiya eyni anda bir neçə istiqamətdən kütləvi zərbələr endirərək Kiyevdəki komanda mərkəzlərini və digər mühüm yerləri hədəfə alır.

Rəsminin sözlərinə görə, Rusiyanın getdikcə daha çox idarə olunan dəqiq silah ehtiyatından istifadə etməsi Ukraynanın xeyrinə ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru