Benzin rekord həddə bahalaşdı

28-06-2016, 21:39           
Benzin rekord həddə bahalaşdı
İyun ayında Rusiyada benzinin qiyməti rekord həddə bahalaşıb.

Axar.az xəbər verir ki, Aİ-92 markalı benzin ötən gün Sankt-Peterburq birjasında 1 tonu 42,3 min rubla (litri 42,3 rubl - 0,99 AZN) təklif olunub. Bu, bazar tarixində ən yüksək rekord hesab edilir.

Aİ-95 markalı benzinin 1 tonu isə 44,3 min rubla (litri 44,3 rubl - 1,04 AZN) yüksəlib. Bu göstərici sonuncu dəfə 2014-cü ilin oktyabrında qeydə alınıb.

“Kortes” informasiya mərkəzinin hesablamalarına görə, 20-24 iyun tarixlərində Aİ-92 benzininin ortalama qiyməti 12 qəpik artaraq litri 34,9 rubl (0,82 AZN) olub.

Aİ-95 benzini isə 13 qəpik bahalaşaraq litri 37,88 rubla (0,89 AZN) yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru