“SSRİ-nin sərhədlərini geri qaytaraq” — Jirinovski

29-06-2016, 00:29           

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski partiyanın Moskvada keçirilən qurultayında Dövlət Dumasına seçkilərdəki şüarları bəyan edib.

Jirinovski “Rusları məhv etməyi dayandırın”, “SSRİ-nin sərhədlərini geri qaytaraq”, “Dahi Rusiya, ayağa qalx” kimi şüarları səsləndirib.

O, bu cür şüarları Orta Asiya, Qafqaz, Ukrayna və Baltikyanı ölkələrdən “qovulan” milyonlarla rusiyalıya görə ifadə etdiyini söyləyib.

Qeyd edək ki, Dumaya seçkilər sentyabrın 18-də keçiriləcək. (qafqazinfo)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.