Britaniya "Vaqner”i niyə terror təşkilatı kimi tanımayıb?
31-07-2023, 19:13
Britaniya hakimiyyəti Rusiyanın "Vaqner" özəl hərbi şirkətini terror təşkilatı kimi tanımayıb.
Yevgeni Priqojin Rusiyada iğtişaş törətdikdən sonra məlum olub ki, onun muzdlularını Rusiya Prezidenti Vladimir Putin maliyyələşdirib və bu, Britaniya hakimiyyətini "Vaqner"in terror təşkilatı kimi tanınması fikrindən daşınıb.
Cebhe.info xəbər verir ki, bu barədə "The Times" yazıb.
Nəşrdə dərc olunan məqalədə deyilir ki, "Vaqner"in terrorçular siyahısına salınmasının hüquqi əsası çətin olub.
Qəzet qeyd edib ki, üsyan cəhdindən, muzdluların qəfil dönüşündən, Priqojinin amnistiyasından, həmçinin Putinin vaqnerçilərin dövlət tərəfindən maliyyələşdirilməsinin tanınması ilə bağlı bəyanatlarından sonra hər şey daha da mürəkkəbləşib.
Eyni zamanda nəşrin məlumatına görə, daxili işlər naziri Suella Braverman və təhlükəsizlik naziri Tom Tugendxat hələ də "Vaqner"-i terror təşkilatı elan etmək yolunu tapmaq niyyətindədirlər.