Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyib

31-07-2023, 19:20           
Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyib
Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyib.

Cebhe.info “strana.ru”ya istinadən xəbər verir ki, buna səbəb Baş nazir Viktor Orbanın sədri olduğu “Fides” Partiyasının iclası boykot elan etməsi olub.

Parlament sentyabrın 25-dək məzuniyyətdə olacaq və o vaxta qədər ərizə, görünür, təsdiqlənməyəcək. Qeyd olunur ki, ərizənin ratifikasiyası məsələsi ilə bağlı növbədənkənar iclas təşkil edilib, lakin Orbanın partiyasının üzvləri ora gəlməyib.

Eyni zamanda, “Fides” partiyası vurğulayıb ki, İsveçin müraciəti ilə bağlı məsələ təcili deyil, çünki Türkiyə buna razı olmasına baxmayaraq, hələ ki, bunu təsdiq etməyib. İsveçin NATO-ya qoşulması üçün onun bütün iştirakçı ölkələr tərəfindən ratifikasiyası lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru