Baydenin oğlu niyə Ukrayna prokurorunun işdən çıxarılmasını istəyir?
1-08-2023, 14:34
Baydenin oğlu Vaşinqtonu Ukrayna prokurorunu işdən çıxarmağa çağırıb.
Publika.az xəbər verir ki, ABŞ-da prezident Co Baydenin ailəsindəki korrupsiya işinin istintaqı çərçivəsində görüş keçirilib. Prezidentin oğlunun biznes ortağı Devon Arçerin ifadəsinə görə, müttəhim Hunter Bayden Ukrayna prokuroru Viktor Şokinin işdən çıxarılması ilə bağlı danışıqlar aparmaq üçün Vaşinqtona zəng edib. Bu barədə "Fox News" məhkəmədəki mənbələrə istinadən məlumat yayıb.
Arçer də dövlət başçısının oğlu kimi Ukraynanın “Burisma” qaz şirkətinin rəhbərləri sırasında olub.
Arçer həmçinin 2015-ci ilin dekabrında "Burisma"nın baş direktoru Nikolay Zloçevski və şirkətin rəhbərlərindən biri olan Vadim Pojarskinin işi ilə bağlı ifadə verib.
Qeyd edək ki, Şokinin özü artıq Avropa Komissiyasından ABŞ prezidenti və Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya qarşı sanksiyalar tətbiq etməyi tələb edib.