Ukraynada döyüşən rusları koreyalı miqrantlar əvəz edəcək?
1-08-2023, 19:44
Rusiyada kadr çatışmazlığı yaranıb. Xüsusən də ticarət və sənayedə əsas funksiyaları yerinə yetirən işçilərə ehtiyac var.
Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Vahid Rusiya Partiyasının regional şöbəsinin üzvü Aleksandr Kalinin bildirib.
Onun sözlərinə görə, ölkəyə əlavə miqrasiya axınının cəlb edilməsinə ehtiyac var.
“Biz Şimali Koreya ilə bağlı təklif vermişik və bu təklif qüvvədə olacaq. Miqrant qəbulu Uzaq Şərq üçün son dərəcə vacibdir”, - o, KXDR vətəndaşlarının əmək fəaliyyəti üçün imkanların açılmasına toxunaraq deyib.