Bu çayla bağlı yüz illik qadağa götürüldü

3-08-2023, 12:47           
Bu çayla bağlı yüz illik qadağa götürüldü
100 illik qadağadan sonra yenidən Sena çayında üzməyə icazə verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Paris hakimiyyəti bir əsrdir qüvvədə olan qadağanı ləğv edərək, Sena çayında çimməyə yenidən icazə verəcək. Bu, Olimpiya Oyunları ərəfəsində həyata keçirilən çayın təmizlənməsi üzrə genişmiqyaslı layihə sayəsində mümkün olub.

Parisin mərkəzində, Sena çayında Olimpiya və Paralimpiya oyunları zamanı triatlon, marafon üzgüçülük və paratriatlon yarışlarının keçirilməsi planlaşdırılır. 2025-ci ilə qədər çayda açıq havada üç üzgüçülük sahəsi açılacaq.

Qeyd edək ki, bir çox digər şəhərlər kimi, Parisdə də çayın keyfiyyəti ötən əsrdə artan əhali və yuxarı axındakı böyük miqdarda sənaye çirkab suları səbəbindən kəskin şəkildə pisləşmişdi.

Vəziyyəti düzəltmək üçün güclü yağışlar zamanı axan suların yığılmasına xidmət edəcək geniş yeraltı su anbarı da inşa edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru