İsraildən Mahaçqala iğtişaşlarına münasibət: Qırğın…

31-10-2023, 12:36           
İsraildən Mahaçqala iğtişaşlarına münasibət: Qırğın…
Mahaçqala hava limanında baş verənlər son dərəcə narahatedicidir.

Axar.az xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq Almaniyanın “Velt”qəzetinə müsahibəsində deyib.

“Baş verənlər bütün hökumətləri narahat etməlidir. Çünki bu, sırf antisemitizmdir və əlbəttə ki, nəzarət altındadır. Bu, qırğına oxşayırdı. Allaha şükürlər olsun ki, hakimiyyət bunun qarşısını aldı”, - Hersoq bildirib.

Qeyd edək ki, ötən gün Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru