Texas müstəqil ölkə olmaq istəyir

26-01-2024, 11:44           
Texas müstəqil ölkə olmaq istəyir
ABŞ-ın Texas ştatı müstəqil dövlət olmaq istəyir.

KONKRET.az xəbər verir ki, bu barədə “Nyusvik” jurnalı məlumat yayıb.

Texasda immiqrasiya qalmaqalları fonunda ABŞ-dan ayrılma çağırışları güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.

“Texit” hərəkatının lideri Daniel Miller bu vəziyyətdən istifadə etməyə çalışaraq ABŞ-da başlayan Respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsverməyə çıxarıb.

Belə bir referendumun keçirilməsi üçün Respublikaçılar Partiyasına petisiya verilib. O, 139 456 səs toplayıb. Lakin partiya rəsmiləri ərizələrin verilməsi müddətinin pozulmasını və bəzi imzaların etibarsız ola biləcəyini əsas gətirərək, “Texit”dən imtina ediblər. Məhkəmədə buna etiraz etmək cəhdi Texasın müstəqilliyi tərəfdarları üçün uğursuzluqla nəticələnib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru