BƏƏ ordusu döyüş robotları ilə təchiz ediləcək

26-01-2024, 08:03           
BƏƏ ordusu döyüş robotları ilə təchiz ediləcək
Estoniyanın “Milrem Robotics” şirkəti BƏƏ ordusuna 60 döyüş robotu və pilotsuz yerüstü nəqliyyat platforması verəcək.

Bu barədə “Edge Group” müdafiə konqlomeratı məlumat yayıb.

“Milrem Robotics” şirkəti ilə BƏƏ Müdafiə Nazirliyi arasında müqavilə “Unmanned Systems Exhibition & Conference” (UMEX) zamanı elan edilib. BƏƏ ordusu silah və kəşfiyyat avadanlığı olan maşınlarla təchiz ediləcək.

“Müqaviləyə əsasən ordu 30 millimetrlik MK-44 topları olan tırtıllı robot döyüş maşınları, 30 millimetrlik M230LF topları ilə uzaqdan idarə olunan modullarla təchiz edilmiş “THeMIS” döyüş vahidləri, atəş aşkarlama imkanları olan radar və kamera sistemləri ilə işləyən “THeMIS” kəşfiyyat maşınları ilə təchiz olunacaq”, - deyə şirkətin verdiyi məlumatda bildirilir.
Qeyd edək ki, “THeMIS” platforması saatda 20 kilometrə qədər sürət əldə etməyə imkan verən hibrid elektrik stansiyası ilə təchiz edilib. Robot 1,2 min kiloqrama qədər yük daşıya bilir.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru