Avropanın qaza olan tələbatı 1995-ci ildən bəri ən aşağı səviyyəyə düşüb

27-01-2024, 13:24           
Avropanın qaza olan tələbatı 1995-ci ildən bəri ən aşağı səviyyəyə düşüb
Keçən il Avropada qaza tələbat 7 faiz azalıb və 1995-ci ildən bəri ən aşağı göstərici olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarı ilə bağlı hesabatında bildirilib.

“Avropada OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı – red.) ölkələrində təbii qaza tələbat 2023-cü ildə 7 faiz (və ya 35 milyard kubmetr) azalaraq, 1995-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Azalma demək olar ki, tamamilə 2023-cü ilin birinci və üçüncü rüblərində əks olunub. Dördüncü rüb 2022-ci il səviyyəsindən bir qədər aşağıda qalıb”, - deyə hesabatda qeyd edilib.

Elektrik enerjisinə tələbatın azalması, bərpa olunan mənbələrin davamlı genişlənməsi və nüvə enerjisindən istifadə imkanlarının artması qaz enerjisi istehsalına təsir göstərdiyi üçün qaz istehlakının azalmasının 75 faizini təkcə enerji sektoru təşkil edib.

Təbii qaz qiymətlərinin aşağı düşməsi səbəbindən 2023-cü ildə sənaye qazı istehlakı bir qədər artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru