ABŞ HƏMAS-la şübhəli əlaqələrə görə UNRWA-nın maliyyələşdirilməsini dayandırıb

27-01-2024, 17:54           
ABŞ HƏMAS-la şübhəli əlaqələrə görə UNRWA-nın maliyyələşdirilməsini dayandırıb
ABŞ BMT-nin Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin (UNRWA) əməkdaşlarının radikal HƏMAS hərəkatı ilə əlaqəsi olduğuna dair şübhələrə görə təşkilatın maliyyələşdirilməsini dayandırıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

ABŞ Xarici Siyasət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında qeyd olunub ki, ABŞ oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı terror hücumunda UNRWA-nın 12 əməkdaşının əli ola biləcəyi ilə bağlı iddialara görə son dərəcə narahatdır.
“Bu iddialar nəzərdən keçirildiyi və BMT-nin onlara cavab tədbirləri hazırlayıdığı müddət ərzində ABŞ Dövlət Departamenti UNRWA-ya əlavə maliyyə vəsaitinin ayrılmasını müvəqqəti olaraq dayandırır”, - deyə Miller vurğulayıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru