Braziliya Amazon meşələrinin yoxa çıxmasının qarşısını bu yolla alacaq

27-01-2024, 19:04           
Braziliya Amazon meşələrinin yoxa çıxmasının qarşısını bu yolla alacaq
Braziliyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyi Amazonda meşələrin qırılmasının 2024-cü ilin sonuna qədər 50 faiz azalacağını açıqlayıb.

Nazirlik ötən il Amazon meşələrindəki dağıntılarla bağlı öz qiymətləndirmələrini bölüşüb.

Bəyanatda bildirilib ki, meşələrin qırılmasının azalması Paris razılaşmasına sadiqliyi və ölkənin iqlim dəyişikliyi ilə mübarizədə aparıcı rolunu bir daha təsdiqləyib.

Səlahiyyətlilər Amazonda bitki örtüyünə qarşı cinayətlərə dair qanun pozuntusunun 2019-cu ildən 2022-ci ilə qədər eyni dövrün orta göstəricisi ilə müqayisədə 114 faiz çox həyata keçirildiyini söyləyiblər.

Bildirilib ki, meşələrin qırılmasının azalması atmosferə 250 milyon ton karbon qazının atılmasının qarşısını alıb. Braziliyanın emissiyalarının təxminən yarısı meşələrin qırılmasından qaynaqlanır. Lula da Silva 2030-cu ilə qədər meşələrin qırılmasını sıfıra endirməyi vəd edib.
Aysel Şahmar
Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru