İrəvanın iki “strateji tərəfdaşı” hərbi saziş imzaladı

28-01-2024, 00:02           
İrəvanın iki “strateji tərəfdaşı” hərbi saziş imzaladı
Hindistan və Fransa Hindistan ordusu üçün hərbi texnika, o cümlədən helikopter və sualtı qayıqların birgə istehsalına dair razılığa gəliblər.

Bu barədə Qərb mediası məlumat yayıb.

Qeyd olunur ki, razılaşmalar Fransa Prezidenti Emmanuel Makronun Hindistana səfəri zamanı əldə olunub.
O, dünən Hindistanın Respublika Gününə həsr olunmuş hərbi paradın əsas qonağı olub, Baş nazir Narendra Modi ilə görüşüb, Hindistan Prezidenti Draupadi Murmanın rəsmi qəbulunda iştirak edib.

“Makron və Modi hərbi istehsal, nüvə enerjisi, kosmik tədqiqatlar, səhiyyə, kənd təsərrüfatı və iqlim dəyişikliyi sahələrində süni intellektin istifadəsi üzrə əlaqələri genişləndirmək barədə razılığa gəliblər”, - məlumatda bildirilib.

O cümlədən, Hindistanda Fransanın “Safran SA” şirkətinin ən müasir mühərrikləri, eləcə də Fransa istehsalı olan “Dassault Rafale” qırıcılarının mühərrikləri üçün təmir və xidmət mərkəzi açılacaq. Bununla belə, əməliyyatların dəyəri açıqlanmır.

Qeyd edilir ki, Rusiyadan sonra Hindistana ən çox silah tədarük edən ölkə Fransadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru