Blinken tezliklə Çinə səfər edə bilər

28-01-2024, 09:04           
Blinken tezliklə Çinə səfər edə bilər
ABŞ dövlət katibi Antoni Blinken yaxın vaxtlarda Çinə səfər edə bilər.

TEREF Trend-ə istinadən xəbər verir ki, ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi Banqkokda ABŞ milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ilə Çinin xarici işlər naziri Vanq Yi arasında görüşə həsr olunan brifinqdə deyib.

"Dövlət katibi Blinken keçən il Çinə səfər edən ilk administrasiya rəsmisi olub, onun həmkarı bundan sonra ABŞ-a səfər edib. Ona görə də o (Blinken) yaxın gələcəkdə Pekinə səfər edə bilər", - deyə ABŞ rəsmisi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru