Tramp Çin idxalına 60% rüsum tətbiq edə bilər

29-01-2024, 09:08           
Tramp Çin idxalına 60% rüsum tətbiq edə bilər
Tramp Çin idxalına 60% rüsum tətbiq edə bilər
ABŞ-nin 45-ci prezidenti Donald Tramp Çin mallarına 60 %-lik rüsumların tətbiqini müzakirə edir.
Bu barədə “The Washington Post”a (WP) mənbələr bildiriblər.
Qəzetə görə, keçmiş prezident “qlobal ticarət müharibəsinə” səbəb ola biləcək “Çinə yeni
genişmiqyaslı iqtisadi hücuma” hazırlaşır.
Tramp Çinin ticari statusunu aşağı salmaq istədiyini açıq şəkildə bəyan edib. Nəşrə görə, bu,
rüsumların 40 %-ə qədər artmasına yol açacaq. Bununla belə, qəzetin yazdığına görə, o, şəxsi
söhbətlərində müşavirlərlə 60 faizlik rüsumların tətbiqi imkanını müzakirə edir. Eks-prezidentin
nümayəndələri məlumatla bağlı şərh verməyiblər.
WP hesab edir ki, bu ssenarilərdən hər hansı biri “ABŞ və qlobal iqtisadiyyatlar üçün böyük
xərclərə” gətirib çıxaracaq. Respublikaçılar əvvəllər Çindən gələn 370 milyard dollarlıq mallara
gömrük rüsumları tətbiq ediblər.

Donald Tramp 2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində namizədliyini
irəli sürür. Onun demokratlardan olan rəqibi yenə 2020-ci ildə respublikaçıya qalib gəlməyi
bacarmış Cozef Bayden ola bilər.
Pressklub.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru