İordaniyada Hökuməti: ABŞ hərbi bazasına PUA ilə hücum edilməyib - YENİLƏNİB

29-01-2024, 07:39           
İordaniyada Hökuməti: ABŞ hərbi bazasına PUA ilə hücum edilməyib - YENİLƏNİB
İordaniyada ABŞ hərbçilərinə hücum olunmayıb.

APA xəbər verir ki, bu barədə İordaniya hökumətinin sözçüsü, rabitə naziri Muhannad əl-Mubadin ABŞ Prezidenti Co Baydenin Amerika qüvvələrinə hücum edildiyi barədə bəyanatını təkzib edib.

“Hücuma məruz qalan Amerika hərbi bazası İordaniya sərhədlərindən kənarda yerləşir. Suriyanın Əl-Tanf şəhərində İordaniya ilə sərhəd yaxınlığında yerləşən ABŞ bazası hücuma məruz qalıb”, - deyə qeyd olunub.

Bundan əvvəl CNN xəbər verib ki, İordaniyada yerləşən ABŞ-nin hərbi bazasının pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb. Nəticədə 3 əsgər ölüb, 25-dən çoxu yaralanıb.

Daha sonra ABŞ prezidenti Co Bayden İordaniyada öldürülən ABŞ hərbçiləri ilə bağlı İranın dəstəklədiyi qrupları günahlandırıb.

***

İordaniyanın şimalında ABŞ-nin hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub.

APA xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Hadisə zamanı üç amerikalı hərbçi ölüb, 20-yə yaxın yaralının olduğu deyilir.

Baza Suriya ilə sərhəd yaxınlığında yerləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru