Almaniyanın müharibə planı ortaya çıxdı: Aprelə qədər yekunlaşacaq

29-01-2024, 16:44           
Almaniyanın müharibə planı ortaya çıxdı:
Almaniyanın ən çox oxunan qəzetlərindən olan “Bild”in xəbərində ölkənin Müdafiə Nazirliyinin sənəd layihəsinə əsaslanaraq, Avropada böyük bir müharibə olacağı təqdirdə almanların evlərini bomba sığınacağına çevirəcəyi açıqlanıb.

Nazirlik məxfi “Əməliyyat planı” üzrə işləri aprel ayına qədər yekunlaşdırmağa hazırlaşır. Hesabatda Almaniya fəal cəbhə xətti olan bir dövlət deyil, silah və texnikanın çatdırılması üçün həyati əhəmiyyət kəsb edən “tranzit ölkə” kimi nəzərdə tutulur.

Buna görə də əsgərlərə mühüm magistralların, qatar stansiyalarının və limanların təhlükəsizliyini təmin etmək tapşırılacaq.

Məlumata görə, hərbiçi və polisə tapşırılan bəzi vəzifələr mülki şəxslər tərəfindən icra olunacaq. Almaniyada yalnız 579 funksional bomba sığınacağı olduğundan, zirzəmilər və qarajların sığınacaq kimi istifadə olunacağı nəzərdə tutur.

Federal Mülki Mühafizə və Fəlakətlərə Yardım Agentliyinin rəhbəri Ralf Tisler deyib ki, yeni sığınacaqlar tikmək vaxt məhdudiyyəti səbəbindən artıq mümkün deyil.

Almaniya davam edən Rusiya-Ukrayna münaqişəsindən qaynaqlanan təhdidləri əsas gətirərək ordusunu gücləndirmək yollarını axtarır.
Aysel Şahmar

Mənbə: publika.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru