“İsrail qoşunlarını Qəzzanın əsas şəhərlərindən çıxara bilər”

30-01-2024, 15:28           
“İsrail qoşunlarını Qəzzanın əsas şəhərlərindən çıxara bilər”
İsrail HƏMAS hərəkatı ilə mümkün saziş çərçivəsində öz qoşunlarını Qəzza zolağının əsas şəhərlərindən çıxara bilər.

Bu barədə məlumatı fələstinli mənbəyə istinadən “Al Arabiya” telekanalı yayıb.

“HƏMAS və İsrail arasında girov və məhbusların mübadiləsinə dair yeni sazişin birinci mərhələsinin detalları ilə bağlı razılıq var. Potensial sazişin şərtlərinə əsasən, İsrail öz qoşunlarını Qəzza zolağının şəhərlərindən çıxaracaq və onları sərhəd məntəqələrində yerləşdirəcək”, - deyə mənbə bildirib.

Onun sözlərinə görə, razılıqlar əldə olunduqda, HƏMAS hər gün İsrail həbsxanalarında saxlanılan 30 fələstinlinin müqabilində 1 israilli girovu sərbəst buraxacaq. Sazişin üçüncü mərhələsinin isə HƏMAS üzvləri tərəfindən girov götürülən israilli zabitlərin azad edilməsindən ibarət olacağı qeyd olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru