ABŞ məktəblərində nifrət zəminində cinayətlər yayılmaqdadır
31-01-2024, 11:34

Birləşmiş Ştatlarda məktəblər ölkə boyu nifrət zəminində dramatik şəkildə artan cinayətlərdən kənarda qalmır.
Federal Təhqiqat Bürosunun bazar ertəsi yayımladığı yeni hesabatında ABŞ-da 2022-ci ildə nifrət zəminində cinayətlərin 10%-nin məktəblərdə baş verdiyi göstərilib. Bununla məktəblər ölkədə nifrət zəminində cinayətlərin ən çox yayıldığı üçüncü yer hesab edilir.
Nifrət zəminində cinayətlərin daha çox evlərdə və magistral yollarda (27%), yollar və ya xiyabanlarda (16%) törədilib.
Hesabatda qeyd edilib ki, 2020-ci ildə məktəblərdə - məktəbəqədər təhsil müəssisələrindən tutmuş universitetlərə qədər 500 olmaqla, nifrət zəminində cinayətlər davamlı olaraq artıb. 2021-ci ildə məktəblərdə cinayətlərin sayı 896, 2022-ci ildə 1300-dən çox olmaqla, yüksək səviyyəyə çatıb.
Bu artımlar Federal Təhqiqat Bürosunun rəsmilərinin bütövlükdə nifrət zəminində cinayətlərdə narahatlıq adlandırdığı tendensiyaya uyğun gəlir. Son məlumatlara görə, 2021-ci ildə təxminən 11,000 insidentlə müqayisədə 2022-ci ildə 11,643 insident göstərilib ki, bu da əvvəlki rekordu üstələyib.
Bazar ertəsi açıqlanan hesabat Federal Təhqiqat Bürosu tərəfindən açıqlanan ilk hesabatdır və rəsmilər deyirlər ki, gələcəkdə məktəb əsaslı nifrət zəminindəki cinayətlərlə bağlı əlavə hesabatlar veriilib-verilməyəcəyi hələ aydın deyil.
"Məqsəd diqqəti məktəblərdə nifrət zəminində cinayətlərin baş verməsinə və bu barədəki məlumatlara cəlb etməkdir" - deyə, Federal Təhqiqat Bürosunun rəsmisi bazar ertəsi jurnalistlərə büro tərəfindən müəyyən edilmiş əsas qaydalara əsasən anonimlik şərti ilə bildirib.
2018-2022-ci illəri - beş illik dövrü əhatə edən məlumatlara nəzər salan hesabatda nifrət zəminində ən çox cinayətin hədə-qorxu, daha sonra isə vandalizm və hücum olduğu müəyyən edilib.
Nifrət zəminində ən çox cinayətlərin qaradərililərə qarşı (12,6%), yəhudilərə qarşı (5,6%) və anti-lezbian, gey, biseksual və ya transseksualara (2,6%) qarşı olduğu müəyyən edilib.
Müsəlmanlara qarşı nifrət zəminində cinayətlər 0,5%-ni təşkil edib.