Çinli təqaüdçü dünyanın ən yaşlı videobloqeri oldu

1-02-2024, 17:14           
Çinli təqaüdçü dünyanın ən yaşlı videobloqeri oldu
Çinli təqaüdçü dünyanın ən yaşlı videobloqeri olub.

İnternetdə “Yanq baba” (Grandpa Yang) kimi tanınan 88 yaşlı Yanq Binqlin dünyanın ən yaşlı videobloqeri kimi Ginnesin Rekordlar Kitabına düşüb. Təqaüdçünün sosial şəbəkələrdə onun yeniliklərini izləyən 280 minə yaxın izləyicisi var.

Kişi 1998-ci ildə təqaüdə çıxandan sonra video oyunlarla məşğul olmağa başladığını söyləyib. O vaxtdan bəri o, gündə üç saatdan altı saata qədər vaxtını sevimli hobbisinə həsr edir.

Yanın həyat yoldaşı onun hobbisini dəstəkləyir, hətta bəzən onunla oynayır. Bundan əlavə, Binqlin nəvələrini və digər ailə üzvlərini videooyun dünyası ilə tanış edib.
Çinli rekordçu olmasına və şəxsiyyətinə daha çox diqqət çəkməsinə şaddır.

“Bədənim oynaya bildiyi müddətcə, mən həmişə oynayacağam”, - o bildirib.

Mənbə: upi.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru