Almaniyada tətil ölkənin 11 hava limanını əhatə edəcək

1-02-2024, 08:25           
Almaniyada tətil ölkənin 11 hava limanını əhatə edəcək
Almaniyada aviasiya təhlükəsizliyi işçilərinin tətili ölkənin 11 hava limanına təsir edəcək. 1000-dən çox reys gecikəcək və ya ləğv ediləcək. Etiraz aksiyaları fevralın birində keçiriləcək.

Nümayişlər Hamburq, Bremen, Hannover, Berlin, Köln, Düsseldorf, Leypsiq, Drezden, Erfurt, Frankfurt və Ştutqart hava limanlarını əhatə edəcək. Hannover, Hamburq və Berlin hava limanları ümummilli tətillə əlaqədar fevralın 1-də bütün uçuşları ləğv edəcəklərini artıq elan ediblər.

“Ver.di” həmkarlar ittifaqı hazırda Aviasiya Təhlükəsizliyi Şirkətləri Federal Assosiasiyası ilə ölkə üzrə təxminən 25 min sənaye işçisinin əmək haqqının artırılması üçün danışıqlar aparır. Həmkarlar ittifaqı əmək haqqının saatda 2,80 avro artırılmasını, daha yüksək funksional bonuslar və iş vaxtından artıq iş üçün bonuslar tələb edir.
İndiyədək 3 raund kollektiv danışıqlar aparılsa da, razılıq əldə olunmayıb. Danışıqlar fevralın 6 və 7-də davam etdiriləcək.

Mənbə: Bild












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru