ÜST: Qəzzada aclıq təhlükəsi hər gün artır

2-02-2024, 08:08           
ÜST: Qəzzada aclıq təhlükəsi hər gün artır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Qəzza zolağında aclıq təhlükəsinin hər gün artdığını bildirib. Ghebreyesus Qəzzadan olan ÜST əməkdaşlarının hesabatlarına istinadən müvafiq bəyanatla çıxış edib.
“Yerdəki komandalarımız tibb işçiləri və gündə yalnız bir dəfə yemək alan xəstələr üçün ərzaq çatışmazlığının getdikcə artdığını bildirir. Davamlı döyüşlər və məhdud humanitar yardım şəraitində aclıq riski yüksəkdir və hər gün artır”, - deyə o, bildirib.
Tedros əlavə edib ki, təşkilatın danışdığı insanlar “yemək və ya su istəyirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru