ABŞ-dən SEPAH-a qarşı yeni sanksiyalar: Şirkətlərin aktivlərinə həbs qoyuldu - FOTO

3-02-2024, 13:17           
ABŞ-dən SEPAH-a qarşı yeni sanksiyalar: Şirkətlərin aktivlərinə həbs qoyuldu - FOTO
ABŞ Maliyyə Nazirliyi İran və Honq-Konqda yerləşən dörd şirkətə raket və dron proqramları üçün lazım olan material və texnologiyanı təmin etdiklərinə görə yeni sanksiyalar tətbiq edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Honq-Konqda yerləşən bir şirkət də İran mallarını satdığı üçün bu sanksiyalara məruz qalıb.

ABŞ Xəzinədarlıq Departamenti həmçinin SEPAH-ın Kiberelektronika Komandanlığının altı rəsmisinə ABŞ-də və dünyanın digər yerlərində kritik infrastruktura qarşı zərərli kiber fəaliyyətlərinə görə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bu sanksiyalara əsasən, adı çəkilən şəxslərin və qurumların ABŞ-də olan bütün aktivlərinə həbs qoyulur. ABŞ sakinlərinə bu şəxslərin və qurumların aktivləri ilə alış-veriş etmək qadağan edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru