Almaniya Ukrayna ilə təhlükəsizlik müqaviləsi imzalaya bilər

4-02-2024, 16:08           
Almaniya Ukrayna ilə təhlükəsizlik müqaviləsi imzalaya bilər
Almaniya və Ukrayna arasında təhlükəsizlik üzrə tərəfdaşlıq sazişi bu ayın əvvəlində imzalana bilər.

Məlumata görə, artıq sazişin layihə variantı hazırlanıb. Sənədin fevralın 16-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında imzalanması gözlənilir.

Müqavilənin məzmunu ilə bağlı heç bir təfərrüat açıqlanmır.
Qeyd edək ki, Almaniya Nazirlər Kabineti bu məlumatı təsdiqləməyib, lakin qurum Almaniya kansleri Olaf Şolts ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında bu mövzunun müzakirə edildiyi son telefon danışığını xatırladıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru