Ağ Ev Ukraynasız İsrailə yardım layihəsini dəstəkləməyəcək

4-02-2024, 16:44           
Ağ Ev Ukraynasız İsrailə yardım layihəsini dəstəkləməyəcək
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Respublikaçılar Partiyasının Nümayəndələr Palatasında Ukraynaya vəsait ayırmadan İsrailə əlavə yardım haqqında qanun layihəsinə qarşıdır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Onun sözlərinə görə, prezident administrasiyası sərhədləri qorumaq üçün heç bir iş görməyəcək, Ukraynaya heç bir şəkildə kömək etməyəcək, həmçinin Fələstin sakinlərinə humanitar yardımı rədd edəcək belə bir hiylənin əleyhinədir.

Jan-Pyer həmçinin vurğulayıb ki, Ağ Ev artıq bir neçə aydır ki, Respublikaçılar və Demokratlar partiyalarından olan senatorlarla işləyir. Bu, ABŞ-ın cənub sərhədində milli təhlükəsizliyin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsi üzrə razılığa gəlmək, həmçinin Ukrayna və İsrailə yardım göndərə bilmək üçün lazımdır.

Bundan əvvəl, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun məktubuna əsasən, departamentin gələn həftə İsrailə 17,6 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirəcəyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru