Rusiyanın 4 limanında fövqəladə vəziyyət elan edildi
6-02-2024, 15:38
Rusiyanın Leninqrad vilayətinin 4 limanında yüksək hazırlıq rejimi tətbiq edilib.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Leninqrad vilayətindəki Vıborq, Vısotsk, Primorsk və Ust-Luqa dəniz limanları öz ərazilərində yüksək hazırlıq rejimi tətbiq ediblər”, - məlumatda qeyd olunub.
Fövqəladə vəziyyət rejimi PUA hücumları nəticəsində texnogen fövqəladə vəziyyətin yaranma ehtimalına görə tətbiq edilib.