Bayden İranın təhdidlərinə bir cümlə ilə CAVAB VERDİ

13-04-2024, 08:25           
Bayden İranın təhdidlərinə bir cümlə ilə CAVAB VERDİ
ABŞ prezidenti Co Bayden İranın aprelin 12-də cümə günü İsraildən qisas almaq niyyətinə münasibət bildirib.

Jurnalistlərin Tehranın ABŞ-nin Yaxın Şərqdəki əsas müttəfiqinə zərbə hazırlaması ehtimalı ilə bağlı Baydenin İrana mesajının nə olacağı ilə maraqlanıb. Prezident bir cümlə ilə cavab verib: “İran bunu etməsin”.

Bayden eyni zamanda ABŞ-ni İsraili qorumaqda qərarlı olduğunu bəyan edib.

“Biz İsraili dəstəkləyəcək, onun özünü müdafiəsinə kömək edəcəyik və İran planlaşdırdığı heç nəyə nail olmayacaq”, – ABŞ lideri vurğulayıb.

SAVASH.ORG xatırladır ki, İran və İsrail arasında münasibətlər aprelin 1-də İslam Respublikasının Suriyanın paytaxtı Dəməşqdəki konsulluğuna hücumdan sonra pisləşib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki generalı , Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Hacı Rəhimi, həmçinin onları müşayiət edən beş zabit həlak olub. Hücumdan sonra İran İsraili cavab tədbirləri ilə hədələyib.

Daha sonra, aprelin 11-də ABŞ-nin Qüdsdəki səfirliyinin əməkdaşlarına və onların ailələrinə İranın İsrailə hücum təhdidləri fonunda təhlükəsizlik baxımından böyük şəhərlərdən kənara çıxmaq qadağan edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru