İsrail hakimiyyəti İrandan gələn hücum təhlükəsi ilə əlaqədar bağlanan ölkənin hava məkanını açıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Hava Limanları İdarəsi məlumat yayıb.
“Təhlükəsizlik xidmətlərinin göstərişinə əsasən, səhər saat 07:30-a İsrail Dövlətinin hava məkanı açıq olub, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib”, - məlumatda deyilir.