Cənubi Afrikada daşqınlar səbəbindən ölənlərin sayı artıb

17-04-2024, 10:44           
Cənubi Afrikada daşqınlar səbəbindən ölənlərin sayı artıb
Cənubi Afrikanın cənub-şərqində son üç gün ərzində yağan leysan yağışlarının yaratdığı daşqınlar səbəbindən azı 5 nəfər ölüb.

Gununsesi.info xəbər verir ki, bu barədə KvaZulu-Natal əyalət hökumətinin başçısı Nomusa Dube-Nkube məlumat verib.

Onun sözlərinə görə, hazırda əyalətdə xilasedicilər işləyir: “Beş nəfər həlak olub, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan dəyib. Evlər dağıdılıb, onların dəqiq sayı müəyyənləşdirilir”.

Sinoptiklər Cənubi Afrikada quru mövsümün artıq başladığı üçün hazırkı havanın qeyri-adi olduğunu bildirir.

Adətən apreldə və payızın ikinci ayı Afrikanın cənubunda praktiki olaraq yağış yağmır. Mütəxəssislər Cənubi Afrikaya uzun sürən yağışların gəlməsini El Nino hava fenomeni ilə əlaqələndirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru