Vaşinqtonun Kiyevə yeni yardımı 61 milyard dollar nəzərdə tutulub
18-04-2024, 09:34
Çərşənbə günü Konqresin Nümayəndələr Palatasına təqdim edilən yeni qanun layihəsində Ukraynaya 61 milyard dollar məbləğində maliyyə yardımı ayrılması nəzərdə tutulur.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat qanun layihəsinin mətnində yer alıb.
Üstəlik, qanun layihəsinə görə, bu məbləğin təxminən 23 milyard dolları Amerika arsenallarının artırılmasına yönəldilməlidir.