Pakistanda “X” platformasının bağlanmasının səbəbi açıqlandı

18-04-2024, 16:14           
Pakistanda “X” platformasının bağlanmasının səbəbi açıqlandı
“Pakistanda fevralın 17-də tətbiq edilən və bu günə qədər davam edən “X” sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması milli təhlükəsizlik məqsədi ilə həyata keçirilib”.

Bu barədə İslamabad Ali Məhkəməsinə daxili işlər naziri Xürrəm Ağanın təqdim etdiyi hesabatda qeyd olunub.

“X” sosial şəbəkə platformasının Pakistan hökumətinin qanuni direktivlərinə əməl etməməsi və platformadan sui-istifadə hallarını aradan qaldırmaması qadağanı zəruri edib. Bu, milli təhlükəsizlik, ictimai asayişin və milli bütövlüyünün qorunması üçün edilib”, - deyə sənəddə bildirilib.

Qeyd edilib ki, sosial şəbəkəyə qoyulan qadağa Pakistanın kəşfiyyat və təhlükəsizlik orqanlarının məxfi hesabatları əsasında tətbiq edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru