Norveç Sərvət Fondu 109 milyard dollar mənfəət əldə edib

18-04-2024, 18:12           
Norveç Sərvət Fondu 109 milyard dollar mənfəət əldə edib
Norveç Sərvət Fondundan verilən açıqlamada, ilin birinci rübündə fondun ümumi investisiya gəlirinin 6,3 faiz olduğu və bunun 1,2 trilyon Norveç kronuna (109 milyard dollar) uyğun gəldiyi bildirilib.

İndex.az xəbər verir ki, açıqlamada fondun əsas aktiv sinfi olan Birja portfelinin təxminən 9,1 faiz dəyər qazandığı vurğulanıb və fondun bazar dəyərinin 17,719 trilyon Norveç kronu (1 trilyon 610 milyard dollar) olduğu bildirilib.

Norveç Sərvət Fondu ilin birinci rübündə sabit gəlirli qiymətli kağızlara investisiyalarından 0,4 faiz, siyahıya alınmayan daşınmaz əmlak investisiyalarından isə 0,5 faiz zərər açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.