Almaniyada iki rus casusu saxlanıldı: Onlar nəyə hazırlaşırmış?

18-04-2024, 19:10           
Almaniyada iki rus casusu saxlanıldı: Onlar nəyə hazırlaşırmış?
Almaniyanın Bayreuth şəhərində silsilə terror aktları hazırlayan rus agentləri həbs edilib.

HİT.az "Bild"ə istinadən xəbər verir ki, Federal Baş Prokuror Yens Rommel Rusiya Federasiyasının xeyrinə casusluqda şübhəli bilinən iki nəfərin həbsinə razılıq verib. KİV-in məlumatına görə, şübhəlilərin Almaniya ərazisindəki Amerika hərbi bazaları haqqında məlumat toplamağa cəhd etdikləri, həmçinin ölkədəki hərbi nəqliyyat marşrutlarına hücumlar hazırladıqları ehtimal edilir.

"Əsas təqsirləndirilən şəxs 39 yaşlı alman əsilli rusiyalı Diter S.-dir. O, Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, təxribat məqsədi ilə agentlik fəaliyyətində və hərbi obyektlərə təhlükə yaratmaqda ittiham olunur", deyə nəşr qeyd edib.

İstintaqın məlumatına görə, şübhəli şəxs, xüsusən də 2023-cü ilin oktyabrından Almaniyada təxribat planları hazırladığı Rusiya Federasiyasının xüsusi xidmət orqanlarından birinin əməkdaşı ilə əlaqə saxlayıb.

"Federal Prokurorluğun məlumatına görə, Diter S. Almaniyada partlayışlar və hərbi infrastruktur obyektlərinin və sənaye obyektlərinin yandırılmasına razılıq verib. O, artıq buna hazırlaşırdı və ABŞ silahlı qüvvələrinin obyektləri də daxil olmaqla, potensial hədəflər haqqında məlumat toplayırdı", deyə "Bild" qeyd edib.

İkinci şəxs həm də alman əsilli rusdur, 37 yaşlı Aleksandr Y. Baş Prokurorluq onu da Rusiya xüsusi xidmət orqanlarının agenti kimi fəaliyyət göstərməkdə ittiham edir: O, Diterlə ən azı 2024-cü ilin martından əlaqə saxlayıb. Hər iki şəxs Bavariyanın Bayreuth şəhərində yaşayırdı.

İstintaqın məlumatına görə, şübhəlilər Almaniyadan Ukraynaya hərbi yardımın çatdırılmasına mane olmaq niyyətində olublar.

"Bild" öyərnib ki, Bayreuth yaxınlığında hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlilərin saxlandığı iki evdə axtarış aparıblar. Nəşrin məlumatına görə, Diter Rusiya xüsusi xidmət orqanlarının maraqlarından çıxış edərək, gizli hərbi obyektləri lentə alıb. Ətraflı məlumata görə, diversant Almaniya Federativ Respublikası ərazisində hərbi infrastruktur və sənaye obyektlərini partlatmağı və yandırmağı planlaşdırır. O, ABŞ ordusunun ukraynalı əsgərlərə təlim keçdiyi Qrafenverdəki (Bavariya) ABŞ hərbi obyektlərində casusluq edib.

Dieter bu gün həbsə göndərilib, Aleksandr barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclası sabah, aprelin 19-da keçiriləcək.

Qalmaqallı saxlanmadan sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok Rusiya səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

"Təhlükəsizlik orqanlarımız Ukraynaya hərbi yardımımıza yönələ biləcək mümkün hücumların qarşısını aldı. Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik və özümüzü qorxutmağa imkan verməyəcəyik", deyə Almaniyanın daxili işlər naziri Nensi Feser bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.