Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər

14-05-2024, 12:24           
Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər
Moskvanın Solntsevo Rayon Məhkəməsi vakansiyalarda “yalnız slavyanlar üçün” qeydinin yazılmasını qadağan edib.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə qərara alıb ki, vakant yerlərin elanı zamanı insanlardan slavyan görünüşünə malik olmasını və ya slavyan milliyyətinə mənsub olmasını tələb etmək qanunun və asayişin əsaslarına ziddir.
Məhkəmənin yaydığı sənədə əsasən, gələcəkdə bu elanları yerləşdirənlər cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

Mənbə: Mos-gorsud.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru